Azerbaijan Cyber Justice Alliance

Müasir rəqəmsal dövrdə informasiya təhlükəsizliyi hər bir biznesin və qurumun əsas prioritetinə çevrilib. Məhz bu səbəbdən tərəfdaşlarla birlikdə Azərbaycanda bir ilkə imza atdıq - Azərbaycan Kiber Ədalət Alyansını [ACJA, Azerbaijan Cyber Justice Alliance] təsis etdik. Alyans çərçivəsində biz, peşəkar kibertəhlükəsizlik və kiberanalitika xidmətləri təqdim edərək, məlumatlarınızın, sistemlərinizin və İT infrastrukturunuzun hərtərəfli qorunmasını təmin edirik.

Şirkətimiz genişlənən informasiya texnologiyaları sektorunda risklərin dəyərləndirilməsi və təhlükəsizliklərin yüksək səviyyədə təmin edilməsi xidmətini təqdim edir. Tərəfimizdən beynəlxalq İT standart və texniki tələblər əsasında server və şəbəkələrdə audit keçirilir, qüsurlar aşkarlanaraq aradan qaldırılır, nəticələrə aid konsaltinq xarakterli tövsiyələr verilir.

Kibertəhlükəsizlik xidməti tətbiq olunacaq standartlar nəzərə alınmaqla tövsiyə dokumentasiyalarını, risklərin qiymətləndirilməsi və baş verə biləcək fəsadların qarşısının alınmasına dair məsləhətləri əhatə edir. Şirkətimiz kiber hücumların təsirinin minimuma endirilməsinə dair maarifləndirmə proqramlarını da təşkil edir.

Audit və analitika
  1. Şəbəkə və serverlərin davamlı monitorinqi
    Şəbəkə və serverlərin təhlükəsizlik, stress situasiyaları və dayanıqlıq durumuna dair monitorinqi
    900₼-dan
  2. Məlumat itkisinə qarşı qorunma [DLP]
    Serverə kənar müdaxilə faktının təyin edilməsi, müdaxilənin qarşısının alınması tədbirləri
    1800₼-dan
  3. Biznesin davamlılığı və fəlakətdən bərpası [BC/DR]
    Şəbəkə və serverlərə kənar müdaxilə faktının təyin edilməsi və müdaxilənin fəsadlarını aradan qaldırılmasına dair tədbirlər
    3600₼-dan
  4. Şəbəkə, server və veb təhlükəsizliyi [AntiDDoS]
    İnfrastrukturu kiberhücum [Dos, DDoS, MitM, XSS, SQL-injection], zərərli proqram, icazəsiz giriş və məlumat sızmalarına qarşı qorunma, şəbəkə mühitinin davamlı müdafiəsi
    1800₼-dan
  5. Müdaxilələrə qarşı sistem [IPS]
    Təhlükəsizlik əməliyyat mərkəzi [SOC]
    Real rejimdə şəbəkə trafikininin izlənilməsi, potensial təhdidlərin aşkarlanması, infrastrukturun fasiləsiz təhlükəsizliyi
    1800₼-dan
  6. İdarə olunan firewall [FW, WAF]
    Antivirus təhlükəsizliyi [AVS]
    Serverlərdə məlumatların qorunması üçün müasir firewall idarəçiliyi və antivirus təhlükəsizliyi
    900₼-dan
  7. Texniki personalın auditi
    Personalın informasiya təhlükəsizliyi bilikləri, stressə davamlığı və texniki hazırlıqlarının auditi
    5400₼-dan
  8. Hesab və e-poçt üzrə kiberanalitika
    Hesab və məlumat oğruları tərəfindən edilən müdaxilə faktlarının, hərəkət xronologiyasının detallı protokolu
    1800₼-dan
Konsaltinq və təlimatlar
  1. Təhlükəsizlik qiymətləndirməsi
    Şəbəkə və serverlərin təhlükəsizlik qiymətləndirməsi ilə zəifliklərin aşkarlanması və risklərin idarə olunmasına dair konsaltinq
    1800₼-dan
  2. Kənar müdaxilədən qorunma
    Bulud serverin kənar müdaxilələrdən qorunması, təhlükəsizlik və dahayanıqlığını təmin edəcək həllərin tətbiqi
    1800₼-dan
  3. Serverdəki hesablar üzrə konsaltinq
    Hesab və məlumat oğrularının müdaxilələrindən qorunmağa dair təlimatlar və müvafiq konsaltinq
    900₼-dan
  4. Beynəlxalq təhlükəsizlik standartları
    ISO 27001, PCI-DSS və HIPAA kimi beynəlxalq təhlükəsizlik standartlarına uyğunluğun müəyyən edilməsinə dair konsaltinq
    3600₼-dan
  5. Texniki personalın konsaltinqi
    Texniki personalın korporativ informasiya təhlükəsizliyinə dair təlimatlandırılması, konsaltinqi
    3600₼-dan
  6. Korporativ kibertəhlükəsizlik tədbirləri
    Təşkilatların kibertəhlükəsizlik layihələrinin başlanğıc, planlaşdırma, icra, izləmə və bağlanma mərhələlərində konsaltinqi
    3600₼-dan
  7. Risklərin dəyərləndirilməsi, hesabatlar
    Korporativ təhlükəsizlik risklərinin dəyərləndirilməsi, planlamalar və tətbiqinə dair hesabatlar
    1800₼-dan
  8. Təhlükəsizlik dəstəyi xidməti
    Korporativ texniki təhlükəsizliyə dair virtual müştəri xidməti, dəstək və nəzarət
    aylıq 900
Davamlı monitorinq
AntiDDoS
Firewall, Antivirus
Personalın auditi
Kiberanalitika
Risk analizi

Biz, həmçinin, kibertəhlükəsizlik xidməti çərçivəsində şirkətin veb infrastrukturu, xidmət çeşidi və tətbiqlərində ehtimal edilən boşluqlar, kod səhvləri və çatışmamazlıqların aşkarlanması və aradan qaldırılmasını təmin edirik.

Göstərilən qiymətlər nisbidir və yalnız tərəfimizdən təqdim olunan bulud serverlər və şəbəkə infrastrukturu üçün keçərlidir. Kənar server və ya şəbəkələr üzrə sifarişlər fərdi qaydada qiymətləndirilir.

Vahid sifariş nöqtəsi

    Ödəniləcək məbləğ: 900₼-dan

    Ödəniləcək məbləğ: 1900₼-dan

    Ödəniləcək məbləğ: 3600₼-dan

    Ödəniləcək məbləğ: 1800₼-dan

    Ödəniləcək məbləğ: 1800₼-dan

    Ödəniləcək məbləğ: 900₼-dan

    Ödəniləcək məbləğ: 5400₼-dan

    Ödəniləcək məbləğ: 1800₼-dan

    Ödəniləcək məbləğ: 1800₼-dan

    Ödəniləcək məbləğ: 1800₼-dan

    Ödəniləcək məbləğ: 900₼-dan

    Ödəniləcək məbləğ: 3600₼-dan

    Ödəniləcək məbləğ: 3600₼-dan

    Ödəniləcək məbləğ: 3600₼-dan

    Ödəniləcək məbləğ: 1800₼-dan

    Ödəniləcək məbləğ: aylıq 900₼

    180

    Niyə məhz Euronet?

    Müasir rəqəmsal dövrdə informasiya təhlükəsizliyi hər bir müəssisə üçün əsas prioritetə çevrilib.

    EURONET Azərbaycanda kibertəhlükəsizlik istiqamətində qabaqcıl şirkətlərdən biridir və Azerbaijan Cyber Justice Alliance (ACJA) təşəbbüsünün təsisçilərindəndir.

    Bizim məqsədimiz müştərilərin məlumatlarını, sistemlərini və infrastrukturunu kompleks şəkildə qorumaq, eyni zamanda əməliyyat sabitliyini və etibarlılığı təmin etməkdir.

    • Şəbəkə və server auditləri: Beynəlxalq standartlara uyğun təhlükəsizlik qiymətləndirilməsi, zəif nöqtələrin aşkarlanması və aradan qaldırılması.
    • Təhdidlərin aşkarlanması və qarşısının alınması: Hücumların təsirini minimuma endirmək üçün davamlı monitorinq, analitika və reaksiya mexanizmləri.
    • Risklərin qiymətləndirilməsi və konsaltinq: İnformasiya təhlükəsizliyi üzrə risk analizi, uyğunluq və daxili siyasətlərin hazırlanması.
    • Biznesin davamlılığı və fəlakətdən bərpa: Gözlənilməz hadisələr zamanı sistemlərin fasiləsiz işləməsini təmin edən həllər.
    • Server və şəbəkə monitorinqi: İnfrastrukturun təhlükəsizlik və dayanıqlıq səviyyələrinin fasiləsiz izlənməsi.
    • Anti-DDoS və firewall qorunması: DoS, DDoS, XSS, SQL-injection və digər hücumlara qarşı qabaqlayıcı müdafiə.
    • Müdaxilələrin aşkarlanması sistemi [IPS] və Təhlükəsizlik əməliyyat mərkəzi [SOC]: Real vaxtda trafik analizi və avtomatik reaksiya.
    • Məlumat itkisinə qarşı qorunma [DLP]: Serverlərdə və işçi sistemlərində məlumat sızmasının qarşısının alınması.
    • Biznesin bərpası [BC/DR]: Fəlakət və ya kiberhücum halında xidmətlərin təhlükəsiz şəkildə bərpası.
    • İdarə olunan antivirus və firewall: Müasir qoruma sistemlərinin tətbiqi və daimi yenilənməsi.
    • E-poçt və hesab analitikası: Hesablara kənar müdaxilələrin, fişinq və sızma hallarının aşkarlanması.

    EURONET yalnız müdafiə tədbirləri deyil, həm də tam şəbəkə arxitekturasının təhlükəsiz qurulmasını təmin edir.

    Bizim şəbəkə əsaslı həllər aşağı gecikmə, sabit bağlantı, DDoS qorunması və yüksək bant genişliyi ilə fərqlənir. Bu yanaşma xüsusilə bank, media, dövlət və iri korporativ təşkilatlar üçün effektiv və etibarlı mühit yaradır.

    • Bütün sistemlər ISO/IEC 27001 standartlarına uyğun fəaliyyət göstərir.
    • Serverlər sertifikatlaşdırılmış məlumat mərkəzlərində yerləşdirilir və çoxsəviyyəli təhlükəsizliklə qorunur.
    • 99.9% fasiləsizlik zəmanəti və davamlı infrastruktur nəzarəti təmin olunur.
    • Məlumat ötürülməsi şifrələnmiş kanallar vasitəsilə həyata keçirilir.