Kiçik və orta sahibkarlıq obyektləri üçün “1C Mühasibatlıq” proqram təminatının etibarlı bulud serverlərdə yerləşdirilməsi xidmətini təklif edirik.

Bulud sistemləri (server) nə deməkdir?

Bulud tipli sistem (bulud server) orada yerləşdirilən proqram təminatının yüksək səviyyədə təhlükəsizliyini təmin edəcək “bulud şəbəkəsi” infrastrukturuna inteqrasiya edilmiş virtual server sistemidir.

Serverlərimiz elastik struktura malikdir və yüksək effektivliyi ilə seçilir – server parametrlərini, istifadə edilən resurs həcmini, server növünü istənilən vaxt dəyişmək imkanı əldə edirsiniz. Tələb olunan veb resursların asanlıqla azaldılıb-çoxaldılması mükəmməl texnologiyalar vasitəsilə təmin edilir.

Bu kampaniya çərçivəsində “Mikro” tarifi üzrə Windows ƏS-li bulud serveri 219-dan başlayan qiymətlə əldə edə bilərsiniz.

Digər tarif və ya özəl konfiqurasiyada Bulud Sistemləri üçün SORĞU FORMASINI doldura bilərsiniz.

Kampaniya 31.12.2023 tarixinədək aktualdır.