Euronet 2009-cu ilin Avqust ayından Azərbaycanda yeni nəsil bulud texnologiyalarının, peşəkar kibertəhlükəsizlik və şəbəkə xidmətlərinin tətbiqini həyata keçirir.

Hal-hazırda şirkətimiz genişlənən yerli korporativ seqment və dövlət qurumları üçün bulud əsaslı, təhlükəsiz və ultra-müasir şəbəkə, eləcə də informasiya təhlükəsizliyi texnologiyalarını tətbiq edir. Xidmət çeşidimizə bulud serverləri və şəbəkələri, kiberanalitika, kibertəhlükəsizlik üzrə audit və konsaltinq, həmçinin ümumi şəbəkə xidmətləri daxildir.

Təklif etdiyimiz rəqəmsal həllər müxtəlif ölkələri əhatə edən geniş beynəlxalq tərəfdaşlıq şəbəkəsinə əsaslanır. Şirkətimiz Almaniya, ABŞ, Çin, Birləşmiş Krallıq, Finlandiya və Cənubi Koreya kimi texnologiya sahəsində aparıcı ölkələrin nüfuzlu şirkətləri ilə əməkdaşlıq edir. Həllərimiz bu tərəfdaşların – qlobal texnologiya nəhənglərinin – təcrübəsinə və qabaqcıl məhsullarına əsaslanaraq hazırlanır, sınaqdan keçirilir və uğurla tətbiq olunur. Əməkdaşlıq etdiyimiz şirkətlər arasında Amazon, Google, Microsoft, Hetzner, RackSpace, DigitalOcean və GoDaddy kimi beynəlxalq liderlər mövcuddur.

Biz, Azərbaycanda fəaliyyət göstərən müasir texnologiya şirkəti olaraq, dövlətimizə dəyər qatmaqdan və milli inkişaf prosesində aktiv iştirak etməkdən qürur duyuruq!

Bizimlə əlaqə üçün ƏLAQƏ bölümünə keçid edin.

Yerli tərəfdaşlar