Sual-cavab

Sifarişi necə edə bilərəm?

Sifariş etmək üçün saytımızdakı SORĞU FORMASINI doldura bilərsiniz. Sifariş sorğusunda xanaların düzgün doldurulması mütləqdir. Sorğulara cavab əməkdaşlarımız tərəfindən adətən 24 saat ərzində verilir. Cavab mail ilə yazılı formada və ya qeyd edilən əlaqə nömrəsi vasitəsilə baş verir.

Fərdi şəxslər sifariş verə bilərmi?

Hal-hazırda EURONET kompleksli rəqəmsal xidmətləri ilə genişlənən korporativ seqment, dövlət qurumlarına fokuslanıb və fərdi şəxslərdən sifariş qəbul etmir. Səbəb resurs çatışmamazlığıdır.

Qiymətlər necə formalaşır?

Saytda göstərilən qiymətlər nisbidir və sifariş edilən sorğunun mürəkkəbliyi və əməkdaşların itirəcəyi vaxtdan asılı olaraq dəyişir. Böyük həcmli layihələr üçün qiymətlər fərdi olaraq hesablanır. Dəqiq qiymət üçün SORĞU FORMASINI doldura bilərsiniz.

Ofisiniz harada yerləşir?

Ofisimiz Bakı şəhəri, Mətbuat prospekti 95C ünvanında yerləşir. Lakin, bizimlə əlaqə üçün ofisə gəlmək mütləq deyil. Biz iş prosesini tam virtuallaşdırmışıq.

Bizimlə əlaqə üçün SORĞU FORMASINI doldura bilərsiniz. Sorğulara cavab əməkdaşlarımız tərəfindən adətən 24 saat ərzində verilir. Cavab mail ilə yazılı formada və ya qeyd edilən əlaqə nömrəsi vasitəsilə baş verir.

Şikayətiniz var?

Xidmət və fəaliyyətimizlə bağlı hər-hansı bir iradınız varsa, durmadan SORĞU FORMASINI doldura bilərsiniz. Bunun üçün “Xidmət / Mövzu” xanasını seçib “Şikayət” xanasının peyda olmasını gözləyin. Peyda olacaq “Şikayət” xanasından maraqlandığınız mövzunu [Texniki problem, Qayda pozuntusu, Kənar müdaxilə, Kibercinayətkarlıq] seçərək “Qeyd” bölümündə mövzu ilə bağlı qısa qeydlərinizi yazın və “SORĞUNU TƏSDİQLƏ” düyməsini sıxın.

Müştəri dəstək xidməti ilə necə əlaqə saxlayım?

Müştəri dəstək xidməti ilə Whatsapp vasitəsilə əlaqə saxlaya bilərsiniz. Whatsapp nömrəmiz +99470 222-0666.
Bundan əlavə hər müştəriyə fərdi assistent təyin edilir və problem yarandıqda onunla əlaqə saxlanılır.

Şirkətimizlə həmçinin mail vasitəsilə əlaqə qura bilərsiniz. Ümumi sorğular üçün mail ünvanımız – nextlevel@euronet.az.