Şirkətimiz genişlənən İnformasiya texnologiyaları sektorunda təhlükəsizliklərin yüksək səviyyədə təmin edilməsi xidmətini təqdim edir. Tərəfimizdən beynəlxalq İnformasiya Texnologiyaları standartların tələbləri əsasında Server və Şəbəkələrdə audit keçirilir, nəticələrə uyğun konsaltinq xarakterli tövsiyələr verilir.
Kibertəhlükəsizlik xidməti tətbiq ediləcək standartların tövsiyə dokumentasiyası, risklərin qiymətləndirilməsi və ola biləcək fəsadların qarşısının alınmasını dair məsləhətləri əhatə edir. Şirkətimiz kiber hücumların təsirinin minimuma endirilməsinə dair maarifləndirmə proqramı da təşkil edir.
Biz, həmçinin, kibertəhlükəsizlik xidməti çərçivəsində şirkətin veb infrastrukturu, xidmət çeşidi və tətbiqlərində ehtimal edilə biləcək boşluqlar, kod səhvləri və çatışmamazlıqların aşkarlanması və aradan qaldırılmasını təmin edirik.
Yuxarıda göstərilən xidmət və qiymətlər yalnız tərəfimizdən təqdim edilən Bulud Server və Şəbəkələri əhatə edir. Kənar korporativ Bulud Server və Şəbəkələr üçün sorğular fərdi olaraq baxılır və qiymətlər fərqlənə bilər. Sifariş üçün SİFARİŞ FORMASINI doldurmanız xahiş olunur.