Şirkətimiz İT sektorunda risklərin dəyərləndirilməsi və yüksək səviyyədə təhlükəsizlik təminatı xidmətləri təqdim edir. Beynəlxalq standartlara uyğun olaraq server və şəbəkələrdə audit aparılır, qüsurlar aşkarlanıb aradan qaldırılır və nəticələrlə bağlı konsaltinq tövsiyələri verilir.
Kibertəhlükəsizlik xidməti tətbiq olunan standartlara əsaslanan tövsiyə sənədlərini, risklərin qiymətləndirilməsini və mümkün fəsadların qarşısının alınmasına dair məsləhətləri əhatə edir. Şirkətimiz həmçinin kiber hücumların təsirini minimuma endirmək üçün maarifləndirmə proqramları təşkil edir.
Kibertəhlükəsizlik xidməti çərçivəsində şirkətin veb infrastrukturu və tətbiqləri detallı şəkildə analiz olunur. Mümkün boşluqlar, kod səhvləri və konfiqurasiya çatışmazlıqları aşkarlanır, aradan qaldırılır və təhlükəsizlik səviyyəsinin yüksəldilməsi üçün uyğun tövsiyələr təqdim edilir.
Diqqət! Göstərilən qiymətlər nisbidir və yalnız tərəfimizdən təqdim olunan bulud serverlər və şəbəkə infrastrukturu üçün keçərlidir. Kənar server və ya şəbəkələr üzrə sifarişlər fərdi qaydada qiymətləndirilir.
Müasir rəqəmsal dövrdə informasiya təhlükəsizliyi hər bir müəssisə üçün əsas prioritetə çevrilib.
EURONET Azərbaycanda kibertəhlükəsizlik istiqamətində qabaqcıl şirkətlərdən biridir və Azerbaijan Cyber Justice Alliance (ACJA) təşəbbüsünün təsisçilərindəndir.
Bizim məqsədimiz müştərilərin məlumatlarını, sistemlərini və infrastrukturunu kompleks şəkildə qorumaq, eyni zamanda əməliyyat sabitliyini və etibarlılığı təmin etməkdir.