Serverlərin texniki göstəriciləri, həcm və funksionallığını əhatə edən xidmətlər təklif edirik. Bunlar rahat idarəetmə interfeysi, müasir bulud şəbəkə infrastrukturu və böyük həcmləri dəstəkləyən məlumat bazası sistemlərinin qurulmasını əhatə edir.
Saytlar üçün server səviyyəli veb hostinq, lisenziyalı platformalar, veb modullar və təhlükəsizlik sertifikatları da xidmətlərimizə daxildir.
Diqqət! Qiymətlər xidmətin mürəkkəbliyinə və icra müddətinə görə dəyişir. Böyük həcmli layihələr üçün qiymətlər fərdi qaydada hesablanır və məbləğlər cədvəldəkindən fərqlənə bilər.
Rəqəmsal mühitin sürətlə dəyişdiyi dövrdə, təşkilatlar üçün etibarlı, elastik və yüksək performanslı şəbəkə infrastrukturu həyati əhəmiyyət kəsb edir.
EURONET olaraq biz, biznesinizin şəbəkə və server ehtiyaclarını tam şəkildə qarşılayacaq “birdəfəlik və aylıq” xidmətlər təqdim edirik.