Texniki təlimat

Bu səhifədə tərəfimizdən təqdim edilən serverlərdə ümumi ayarlanmaya dair təlimatlar təqdim edilib. Fərdi ayarlar üçün administrasiya ilə əlaqə saxlamanız tövsiyə olunur.

Euronet Ad Serverləri [Euronet NS]
DNS – Domain Name Server

Ad serverləri internet domen adlarını IP ünvanlarına çevirir. Bu proses Domen Adı Sistemi [DNS] adlanır.

Bütün Euronet serverləri xüsusiləşdirilmiş NS-lərə malikdir. Böyük həcm və resurslu serverlərdə bu NS-lər aid olduğu domen adına uyğun olaraq qurulur. Digər hallarda NS-lər tərəfdaşımız STUDIO.AZ şirkətinin üst domeninə inteqrasiya edilir.

İnteqrasiya edilmiş NS nümunələri aşağıdakı kimi ola bilər:

server-1.studio.az, server-2.studio.az və s.

Kontret domen və əldə edilən server üçün NS-lər administrasiya tərəfindən təqdim edilir.

Dəstəklənən DNS protokollar:

  • A
  • AAAA
  • CNAME
  • MX
  • NS
  • SRV
  • TXT
  • PTR
  • CAA
  • DS
  • TLSA
  • DANE
  • HINFO
  • SOA
  • RP

Əlavə məlumat və təlimatlar üçün SORĞU FORMASINI doldura bilərsiniz.


Elektron poçt ayarları
Microsoft Outlook və digər e-poçt proqramları üçün təlimatlar

Euronet serverlərində mail xidmətləri təhlükəsizlik sertifikatları ilə təchiz edilib və özəl portlar üzərindən fəaliyyət göstərir. Elektron poçtların stabil fəaliyyətini təmin etmək üçün aşağıdakı ayarları tətbiq etməyiniz mütləqdir.

DAXİL OLAN POÇT ÜÇÜN AYARLAR:

IMAP Protokolu
Microsoft Outlook və ya digər e-poçt proqramlarını qururkən, nəzərə alın ki, IMAP protokolunu seçdikdə məktublar serverdə saxlanılır.

IMAP server hostnamemail.domenadı
Məsələn, mail.euronet.az
IMAP server port993
IMAP password encryption typeSSL

POP3 Protokolu
POP3 protokolu məktubların lokal kompüterdə saxlanılmasını nəzərdə tutur. Korporativ poçt üçün ən uyğun protokoldur.

POP3 server hostnamemail.domenadı
Məsələn, mail.euronet.az
POP3 server port995

GÖNDƏRİLƏN POÇT ÜÇÜN AYARLAR:

SMTP Protokolu
SMTP protokolu məktubların təhlükəsiz göndərilməsi üçün nəzərdə tutur.

SMTP server hostnamemail.domenadı
Məsələn, mail.euronet.az
SMTP server port587
SMTP encryption typeSTARTTLS

İSTİFADƏÇİ ADI VƏ ŞİFRƏ [LOGIN & PASSWORD]:

İstifadəçi adı [Login, username] domen adı ilə birlikdə tam qeyd edilməlidir. Misal, istifadəçi adı – home@sizindomen.az kimi.

Loginad@domenadı
Məsələn, nextlevel@euronet.az
PasswordFərdi olaraq təqdim edilir.

Şifrə [Password] minimum 18 simvoldan ibarət avtomatik qenerasiya edilir. Təqdim edilmiş bütün şifrələrin veb interfeys vasitəsilə dəyişdirilməsini tövsiyə edirim.

Nümunə [IMAP + SMTP protokolları]:

VEB İNTERFEYS [WEBMAIL]:

Təqdim etdiyimiz bütün serverlər interfeysli e-poçt idarəetmə sistemləri ilə təchiz edilir. İnterfeysli e-poçt idarəetmə sistemi vasitəsilə poçtunuzu asanlıqla yoxlaya və ya ayarlaya bilərsiniz. Bu sistemlər hər bir server üçün fərdi qaydada qurulur və xüsusiləşdirilmiş URL-ə malik olurlar. URL-lər bulud server sifarişçiyə təhvil verilərkən şifrələrlə birlikdə təqdim edilir.


Əlavə məlumat üçün SORĞU FORMASINI doldura bilərsiniz. Bunun üçün “Xidmət” > “Yardım” xanasını, digər bölümdə “Mövzu” > “Texniki dəstək” xanasını seçib, “Qeyd” bölümündə mövzu ilə bağlı qısa qeydlərinizi yazın və “GÖNDƏR” düyməsini sıxın.

Korporativ Dəstək Xidməti ilə Whatsapp vasitəsilə əlaqə saxlaya bilərsiniz. Whatsapp nömrəmiz +99470 222-0666.

Sorğularla bağlı həmçinin e-poçt vasitəsilə əlaqə qura bilərsiniz. Ümumi sorğular üçün e-poçt ünvanımız – nextlevel@euronet.az.