Biz yalnız server və şəbəkə həllərini satmırıq — müştərilərimiz üçün təhlükəsiz, elastik və idarə olunan bulud ekosistemi qururuq. Hər bir layihədə əsas prioritetimiz — biznesin fasiləsizliyi və məlumatların maksimum qorunmasıdır.
Uğurumuzun bir hissəsi olun! Bu gün xidmətlərimizdən yararlanaraq biznesinizi yeni, ultra-müasir səviyyəyə yüksəldin!
Tərəfdaşlarla birgə Azərbaycanda bir ilkə imza atdıq və Azərbaycan Kiber Ədalət Alyansını [Azerbaijan Cyber Justice Alliance] təsis etdik.
Xidmət çeşidimizi korporativ e-poçt həlləri üçün paketlərlə genişləndirdik.
Saytın yeni 9, 10, 11 və 12-ci versiyalarını istifadəyə verdik. Müştərilərin çoxsaylı istəklərini nəzərə alaraq "Virtual vahid sifariş nöqtəsi" funksionallığını, çoxsaylı yenilikləri tətbiq etdik.
Şirkətimizin simasını [Loqotip, Vizual kimlik] müasir çağırışlara uyğun yenilədik.

İllərin etibarından keçmiş tərəfdaşımız STUDIO.AZ ilə birlikdə korporativ seqment üçün kompleks bulud və veb həlləri təqdim etməyə başladıq.
Bulud serverləri və şəbəkə xidmətlərimizin çeşidini genişləndirərək, qiymət siyasətimizi optimallaşdırdıq. RHEL əsaslı Əməliyyat Sistemlərinin serverlərimiz arasında ümumi payı 80%-ı ötdü.
Yeni nəsil bulud serverləri və intuitiv idarəetmə sistemlərinin tətbiqinə başladıq. Xidmət çeşidini genişləndirdik.
Bulud serverləri RHEL əsaslı Əməliyyat Sistemlərinə miqrasiyaya başladıq. İlin sonuna bu göstərici 60% idi.
Genişlənən xidmət portfelimizə kibertəhlükəsizlik və kiberanalitika sahələri üzrə audit və konsaltinq xidmətlərini daxil etdik.
Eyni zamanda, dövlət strukturları və mobil operatorlar arasında təhlükəsiz şəbəkə tünellərinin tətbiqinə başladıq.
Tərəfdaşımız STUDIO.AZ ilə birlikdə ultra-müasir “Euronet DCP” [Euronet Digital Control Platform] idarəetmə platformasını hazırladıq və bu platformada şirkətin yenilənmiş vebsaytını təqdim etdik.
2012-ci ildə tətbiq etdiyimiz və geniş rəğbətlə qarşılanan simaya [Vizual kimlik] yenidən qayıtdıq, bu dəfə daha peşəkar tərtibatla.

Pandemiyanın tüğyan etdiyi bu il ərzində şirkət strukturunda köklü dəyişikliklər etdik, bir çox prosesləri rəqəmsallaşdırdıq və fiziki ofisdən imtina etdik.
2020-ci il eyni zamanda Vətən Müharibəsində Zəfər ili kimi tarixdə qaldı. Məhz həmin ildən etibarən şirkətimiz dövlət strukturları ilə sıx əməkdaşlığa başladı.
Kibertəhlükəsizlik və kiberanalitika üzrə peşəkar xidmətlər təqdim etməyə başladıq.
Aparıcı banklarla fintex sahəsində strateji əməkdaşlığa başladıq.
Xidmət portfelimizi təkmilləşdirdik və diqqətimizi müasir texnologiyalara fokuslandıq.
Multi-mobil operator dəstəkli toplu SMS idarəetmə platformasının yeni versiyasının istifadəsinə start verdik.
Şirkətin simasını [Loqotip, Vizual kimlik] yeni yeni texnoloji çağırışlara uyğun olaraq dəyişdik.

Bulud serverlərinin tətbiqi və satışına yönəldik, bu sahədə beynəlxalq nəhənglərlə əməkdaşlıq qurduq, nümayəndəliklər əldə etdik.
Veb interfeysli SMS səsvermə sistemi platformasının son versiyasını təqdim etdik.
Böyük həcmli layihələr üçün fərdi konfiqurasiyalı serverlərin satışına başladıq.
Serverlərimizdə Aparche veb texnologiyasından tədricən imtina edib yeni nəsil NGinx texnologiyasına keçid etdik.
Azərbaycanda ilk dəfə bulud texnologiyalarının tətbiqinə başladıq.
Yeni nəsil şəbəkələrin idarəetmə platformasını istifadəyə verdik.
Rəqəmsal maliyyə sahəsində fəaliyyətə başlayaraq eBanking platformasını hazırladıq və ölkənin aparıcı bankları ilə əməkdaşlıq qurduq.
Mobil məzmun xidmətlərimizi genişləndirərək veb interfeysli Toplu SMS xidmətini təqdim etdik.
Azercell ilə “Azercellim”, Bakcell ilə "Melofon", Nar ilə "Dinlet - 757" layihələrini uğurla işə saldıq.
Məzmun provayderi kimi TV şouları üçün ölkədə ilk dəfə multi-operator funksiyalı SMS səsvermə sistemlərinin təşkilinə başladıq.
Ölkənin aparıcı mobil operatoru Azercell ilə "SMSim" layihəsini uğurla işə saldıq.
Yeni və bu gün əfsanəyə çevrilmiş loqotipimizi [Vizual kimlik] təqdim etdik. Şüarımız "Effektiv həllər!" oldu.

Korporativ seqment üçün zənglərin elektron idarəetmə platformasını hazırladıq.
Eyni zamanda, istənilən biznes seqmentinə asanlıqla uyğunlaşa bilən korporativ İntranet platformasını istifadəyə verdik.
Azərbaycanın daha 2 mobil operatoru [Bakcell və Nar] ilə məzmun provayderi kimi əməkdaşlığa başladıq. Qısa zaman ərzində abonent sayına görə lider mövqeləri əldə etdik.
Şirkətimizin simasını [Loqotip, Vizual kimlik] fəaliyyət istiqamətimizə uyğunlaşdıraraq yenilədik.

Hazırladığımız mobil məzmun platforması qısa müddətdə Azərbaycanın sərhədlərini aşdı — digər şirkətlər, o cümlədən İsrailin Celltick şirkəti də bu həllə istifadə etməyə başladı. Platforma həm yerli, həm də MDB bazarında uğur qazandı, xidmət çeşidi genişləndi və gündə yüz minlərlə istifadəçi ondan yararlandı.
Artan trafik və tələblər müasir infrastruktur zərurəti yaratdı və nəticədə Azərbaycanda ilk dəfə Azercell Plaza daxilində standartlara uyğun data mərkəzi quruldu, ekosistemin dayanıqlılığı təmin edildi.
STUDIO.AZ ilə əməkdaşlıq çərçivəsində Azercell mobil operatoru üçün istifadəçi interfeysli mobil idarəetmə platforması hazırladıq və bununla şirkətin mobil məzmun provayderi kimi fəaliyyətə başladıq.
Hazırladığımız platforma böyük uğur qazandı və nəticədə Azercell-ə məxsus Azeronline şirkətinin bütün məzmun xidmətləri tam şəkildə bu platformaya transfer edildi.
2007-ci il Euronet şirkətinin təsis ilidir. Bu il mobil operatorlar üçün idarəetmə platformaları hazırladıq və məzmun provayderi kimi fəaliyyətə başlamaq üçün hazırlıqlara start verdik.
