Dekabrın 18-də Azərbaycan İnnovasiya Mərkəzində NETTY2025 – Azərbaycan Milli İnternet Mükafatının 20-ci yubiley təqdimat mərasimi keçirilib. Müsabiqə çərçivəsində ölkənin ən yaxşı milli vebsaytları, sosial media səhifələri və rəqəmsal tətbiqləri mükafatlandırılıb.
İnnovasiyalar, Kibertəhlükəsizlik və Süni İntellekt nominasiyası üzrə saytımız [euronet.az] ilin saytı elan edilərək qalib olub.
Euronet şirkəti olaraq, bu mötəbər mükafata layiq görülməkdən qürur duyuruq. Kollektivimiz adından NETTY mükafatının təşkilatçılarına, münsiflər heyətinə və şəxsən Ruslan Novruzova dərin təşəkkürümüzü bildiririk.
Eyni zamanda saytın hazırlanmasında əməyi olan bütün developer komandasına, xüsusilə STUDIO.AZ şirkətinin kollektivinə və saytın vizual tərtibatını hazırlayan gənc istedad İlay Şükürzadəyə xüsusi minnətdarlığımızı ifadə edirik.
Bu uğur bütün komandamızın birgə əməyinin nəticəsidir!