Texniki təlimat

Bu səhifədə təqdim etdiyimiz serverlər üzrə standart konfiqurasiya parametrlərinə dair təlimatlar yerləşdirilmişdir. Fərdi konfiqurasiya üçün sistem administratoru ilə əlaqə saxlamanız tövsiyə olunur.

Euronet Ad Serverləri [Euronet NS]
DNS – Domain Name Server

Ad serverləri internet domen adlarını IP ünvanlarına çevirir. Bu proses Domen Adı Sistemi [DNS] adlanır.

Euronet-in bütün serverləri xüsusi təyin edilmiş Name Server [NS] qeydləri ilə təmin edilir. Yüksək performans və resurs tələb edən serverlərdə NS qeydləri birbaşa həmin serverə bağlı domen adı əsasında konfiqurasiya olunur. Standart hallarda isə NS-lər tərəfdaşımız STUDIO.AZ-a məxsus əsas domen strukturuna inteqrasiya edilir.

İnteqrasiya edilmiş NS nümunələri aşağıdakı kimi ola bilər:

server-1.studio.az, server-2.studio.az və s.

Konkret domen və ona uyğun olaraq əldə edilən server üçün ad serverləri [NS] administrasiya tərəfindən təqdim olunur.

Dəstəklənən DNS protokollar:

  • A
  • AAAA
  • CNAME
  • MX
  • NS
  • SRV
  • TXT
  • PTR
  • CAA
  • DS
  • TLSA
  • DANE
  • HINFO
  • SOA
  • RP

Əlavə məlumat və təlimatlar üçün SORĞU FORMASINI doldura bilərsiniz.


Elektron poçt ayarları
Microsoft Outlook və digər e-poçt proqramları üçün təlimatlar

Euronet serverlərində e-poçt xidmətləri TLS/SSL təhlükəsizlik sertifikatları ilə təmin olunub və xüsusi portlar [IMAP üçün 993, POP3 üçün 995, SMTP üçün 587] üzərindən fəaliyyət göstərir. Elektron poçtların fasiləsiz və təhlükəsiz işləməsini təmin etmək üçün aşağıdakı konfiqurasiya parametrlərinin tətbiqi zəruridir.

DAXİL OLAN POÇT ÜÇÜN KONFİQURASİYA PARAMETRLƏRİ:

IMAP protokolu

Microsoft Outlook və ya digər e-poçt proqramlarını konfiqurasiya edərkən qeyd edilməlidir ki, IMAP protokolu seçildiyi halda elektron məktublar server üzərində saxlanılır və cihazlar arasında sinxronlaşdırılır.

IMAP server hostnamemail.domenadı
Məsələn, mail.euronet.az
IMAP server port993
IMAP password encryption typeSSL

POP3 protokolu

POP3 protokolu elektron məktubların lokal kompüterdə saxlanılmasını nəzərdə tutur. Bu protokol, adətən, məktubların serverdən endirildikdən sonra silinməsi prinsipi ilə işləyir və internet bağlantısı olmadan işləmək imkanı təqdim edir. Korporativ istifadə üçün daha uyğun hesab olunur.

POP3 server hostnamemail.domenadı
Məsələn, mail.euronet.az
POP3 server port995

GÖNDƏRİLƏN POÇT ÜÇÜN KONFİQURASİYA PARAMETRLƏRİ:

SMTP protokolu

SMTP protokolu elektron məktubların göndərilməsi üçün nəzərdə tutulub və bu prosesin təhlükəsiz şəkildə həyata keçirilməsi üçün müvafiq şifrələmə metodları [məsələn, SSL/TLS] ilə dəstəklənir.

SMTP server hostnamemail.domenadı
Məsələn, mail.euronet.az
SMTP server port587
SMTP encryption typeSTARTTLS

İSTİFADƏÇİ ADI VƏ ŞİFRƏ [LOGIN & PASSWORD]:

E-poçt proqramlarını qurarkən istifadəçi adı tam e-poçt ünvanı formatında [məsələn, ad@domenadi] göstərilməlidir. Yalnız “ad” formasında qeyd edilməsi autentifikasiya xətasına səbəb ola bilər.

Loginad@domenadı
Məsələn, nextlevel@euronet.az
PasswordFərdi olaraq təqdim edilir.

Şifrələr [Password] təhlükəsizlik məqsədilə avtomatik olaraq minimum 18 simvoldan ibarət şəkildə yaradılır. İstifadəçilərə təqdim olunmuş şifrələrin ilk girişdən sonra veb interfeys üzərindən dəyişdirilməsi tövsiyə edilir.

Nümunə – euronet.az domeni üçün IMAP və SMTP protokolları:

VEB İNTERFEYS [WEBMAIL]:

Təqdim etdiyimiz bütün serverlər interfeysli e-poçt idarəetmə sistemləri ilə təmin edilir. Bu sistemlər vasitəsilə poçtunuzu asanlıqla yoxlaya və konfiqurasiya edə bilərsiniz. Hər bir server üçün fərdi qaydada qurulan bu idarəetmə sistemləri xüsusi URL-lərlə təmin olunur. URL-lər və müvafiq şifrələr bulud server sifarişçiyə təhvil verilərkən təqdim edilir.


Əlavə məlumat üçün SORĞU FORMASINI doldura bilərsiniz. Bunun üçün “Xidmət” > “Yardım” xanasını, digər bölümdə “Mövzu” > “Texniki dəstək” xanasını seçib, “Qeyd” bölümündə mövzu ilə bağlı qısa qeydlərinizi yazın və “GÖNDƏR” düyməsini sıxın.

Korporativ Dəstək Xidməti ilə Whatsapp vasitəsilə əlaqə saxlaya bilərsiniz. Whatsapp nömrəmiz +99470 222-0666.

Sorğularla bağlı həmçinin e-poçt vasitəsilə əlaqə qura bilərsiniz. Ümumi sorğular üçün e-poçt ünvanımız – nextlevel@euronet.az.