EURONET müştərilərinə xidmət keyfiyyətini artırmaq üçün ən çox soruşulan sualları bir araya gətirir. Buradan məhsullarımız, xidmətlərimiz və əməliyyat prosedurlarımız haqqında ətraflı məlumat əldə edə bilərsiniz.
Sualınız üçün dəstək komandamız həmişə hazırdır və ən qısa zamanda cavab verəcək.
Sifarişi necə edə bilərəm?
Sifariş etmək üçün bölümlərdəki VAHİD SİFARİŞ NÖQTƏSİ formasını doldura bilərsiniz. Sifariş formasında xanaların düzgün doldurulması mütləqdir. Sifarişlər 24 saat ərzində əməkdaşlarımız tərəfindən təhlil edilir və cavablandırılır. Cavablandırma prosesi e-poçt ilə yazılı formada və ya qeyd edilən əlaqə nömrəsi vasitəsilə şifahi halda baş tutur.
Fərdi şəxslər sifariş verə bilərmi?
Hal-hazırda EURONET kompleksli rəqəmsal xidmətləri ilə genişlənən korporativ seqment, dövlət qurumlarına fokuslanıb və fərdi şəxslərdən sifariş qəbul etmir. Səbəb resurslardan faydalı istifadədir.
Qiymətlər necə formalaşır?
Saytda göstərilən məbləğlər nisbidir. Yekun məbləğ sifariş edilən xidmətin həcmi, mürəkkəbliyi və əməkdaşların sərf edəcəyi resursdan asılı olaraq dəyişir. Böyük həcmli layihələr üçün məbləğlər fərdi qaydada hesablanır. Dəqiq qiymət üçün bölümlərdəki VAHİD SİFARİŞ NÖQTƏSİ formasını doldura bilərsiniz.
Ofisiniz harada yerləşir?
Ofisimiz Bakı şəhəri, Mətbuat prospekti 95C ünvanında yerləşir. Lakin bizimlə əlaqə saxlamaq üçün ofisə gəlmək zəruri deyil – iş prosesimizi tam şəkildə virtuallaşdırmışıq və bütün xidmətlərimizi onlayn formada təqdim edirik.
Əlaqə üçün BİZİMLƏ ƏLAQƏ formasını doldura bilərsiniz. Müraciətlərə cavab əməkdaşlarımız tərəfindən adətən 24 saat ərzində verilir. Cavablandırma prosesi e-poçt ilə yazılı formada və ya qeyd edilən əlaqə nömrəsi vasitəsilə şifahi halda baş tutur.
Əlavə suallarınız var?
Əlavə məlumat üçün BİZİMLƏ ƏLAQƏ formasını doldura bilərsiniz. Bunun üçün “Yardım” > “Texniki dəstək”, “Qaydalarla bağlı”, “Kibercinayət faktı” xanalarından birini seçib, “Qeyd” bölümündə mövzu ilə bağlı qeydlərinizi yazın və “GÖNDƏR” düyməsini sıxın.
Korporativ Dəstək Xidməti ilə necə əlaqə saxlayım?
Korporativ Dəstək Xidməti ilə Whatsapp vasitəsilə əlaqə saxlaya bilərsiniz. Whatsapp nömrəmiz +99470 222-0666.
Şirkətimizlə həmçinin e-poçt vasitəsilə əlaqə qura bilərsiniz. Ümumi sorğular üçün e-poçt ünvanımız – nextlevel@euronet.az.