Heç şübhəsiz, ənənəvi serverlər dövrü artıq tarixin bir səhifəsidir. Təklif etdiyimiz ultra-müasir Bulud tipli Server İnfrastrukturu biznesiniz üçün mükəmməl imkanlar açır.
Bu serverlər elastik struktura malik olması ilə yanaşı yüksək effektivliyi ilə seçilir – server parametrlərini və istifadə edilən resursları istənilən vaxt dəyişmək imkanı mövcuddur. Resursları asanlıqla azaldılıb-çoxaltma fuksiyasını əldə edirsiniz.
Server təkliflərimiz paket halındadır. Paketlər bir-birindən ƏS, prosessor, RAM, disk həcmi və sair xüsusiyyətlər nəzərə alınmaqla fərqlənir. Peşəkar əməkdaşlar tərəfindən serverlərə daimi nəzarət edilir və hər həftə ümumi şəbəkə səviyyəsində serverlərin snapshot-ları, backup-ları çıxarılır.
Daha böyük həcmli və fərqli konfiqurasiyalı serverlər üçün qiymətlər fərdi olaraq hesablanır. Qiymət və sifariş üçün SORĞU FORMASINI doldura bilərsiniz.